Bu hadisə Azərbaycanda baş verməsə də, bizdə nə vaxtsa təkrarlanacağı istisna deyil.
Avtosfer.az xəbər verir ki, Fransanın Qard departamentində 14 yaşlı sürücü atasının avtomobili ilə saat 2 radələrində yüksək sürətlə hərkət edərkən yağışlı havada idarəetməni itirib. avtomobil yoldan çıxaraq bir evin divarını uçurub və həyətdəki hovuza düşüb. Sürücü, 15 və 19 yaşlı 2 nəfər həyatını itirib.
Hadisə barədə polisə saat 6 radələrində növbədən evə qayıdan ev sahibi xəbər tutub və polisə məlumat verib. Xilasedicilərə çevirilmiş vəziyyətdə hovuza düşən maşını çıxarmaq üçün bir neçə saat vaxt lazım olub.
Tibbi ekspertiza nəticəsində ölənlərin qanında yüksək dozada metamfetamin (danışıqda patı) aşkarlanıb. Mütəxəssislər bildirirlər ki, ölümə bir neçə amilin cəmlənməsi səbəb olub: yüksək dozada narkotik, soyuq su və boğulma. Avtomobil hovuza elə vəziyyətdə düşüb ki, oradan kiminsə öz gücünə çıxması mümkün deyil.
Azərbaycana gəlincə: polisin gündəlik yaydığı məlumatlarda narkotikin təsiri altında olan sürücülərin saxlandığına dair xəbərlər də yer alır. Valideynin avtomobilini qaçırıb qəza törədənlər də az olmur. Bu cür qəzalarda yeganə təqsirkar intizamsız yeniyetmə deyil, həm də valideyndir.
Vüqar