Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan 44 günlük müharibənin başlanma səbəblərini açıqlayıb.
Tribunainfo.az xəbər verir ki, o, bununla bağlı iki vacib məqamı qeyd edib.
Rubinyanın sözlərinə görə, müharibənin başlanmasının birinci səbəbi silahlanma məsələsində Azərbaycanın böyük üstünlük əldə etməsi olub. “Müharibənin ilk illərində Ermənistan silahlanmaya Azrəbaycanla eyni xərci çəkirdi. Lakin sonradan fərq 5-6 dəfə Azərbaycanın xeyrinə dəyişdi”.
Rubinyan ikinci məsələ kimi, 7 rayonun qaytarılması və Qarabağın “statusu” ilə bağlı olduğunu qeyd edib. “Danışıqlar paketində ilkin olaraq yeddi rayonun Azərbaycana qaytarılması və Dağlıq Qarabağla bağlı hansı işlərin görülməsi diqqət mərkəzində idi. Qarabağla bağlı nə baş verəcəyi bəlli deyildi. Və o anda hamı Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdı”.
Fərda Uğur