Bakivaxti portalından verilən məlumata əsasən, ain.az bildirir.
"Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə Xəzər əməkdaşlığı üzrə idarələrarası komissiyanın iclası keçiriləcək".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Dekabrın 8-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə Xəzər əməkdaşlığı üzrə idarələrarası komissiyanın beşinci iclası keçiriləcək", - o, brifinqdə deyib.
Diplomatın sözlərinə görə, iclasda Rusiyanın müvafiq nazirlik və qurumlarının rəhbərləri, Rusiya Federasiyası Federal Məclisinin nümayəndələri, Rusiyanın sahilyanı regionlarının: Həştərxan vilayətinin, Dağıstan Respublikasının və Kalmıkiya Respublikasının rəhbərləri iştirak edəcək.
"Xəzər əməkdaşlığının cari məsələlərinin, o cümlədən 7-ci Xəzər Sammitinə hazırlıqla bağlı məsələlərin müzakirəsi planlaşdırılır", - XİN sözçüsü əlavə edib.
Əli Hüseynova
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.