Bakı, 4 dekabr, AZƏRTAC
Bakı–Sumqayıt yoluna alternativ yolun layihələndirilməsinə ehtiyac var.
Bu barədə AZƏRTAC-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov məlumat verib.
Ekspertin sözlərinə görə, mövcud yol artan tələbatı tam qarşılamır və bir sıra mənfi nəticələrə səbəb olur.
O bildirib ki, yol hərəkətinin düzgün təşkili və infrastrukturun yaxşılaşdırılması üçün əsas meyarlar nəzərə alınmalıdır. Bunun üçün həm yolun hərəkət hissəsinin genişləndirilməsi, həm də layihələrin konkret strategiya əsasında işlənməsi vacibdir.
Aslan Əsədov xüsusilə qeyd edib ki, yeni metro xətlərinin şəhərin qərb istiqamətinə — Xırdalan, Masazır, Binə, 20-ci sahə, Yeni Günəşli və Badamdar istiqamətinə doğru genişləndirilməsi zəruridir: “Artıq Bakı şəhərindən kənara çıxan istiqamətlərdə ciddi nəqliyyat yükü formalaşır”.
Ekspertin fikrincə, bu addımlar hərəkət intensivliyini artıracaq və vətəndaş məmnuniyyətinin yüksəlməsinə səbəb olacaq.