AZ

Cənub bölgəsində Avropa mənşəli ilk dəyirman – Göytəpədəki tarixi “Qulin dəyirmanı”

LİLABAD, 4 dekabr. TELEQRAF

19-cu əsrin sonu – 20-ci əsrin əvvəllərində Cənub bölgəsində Avropa texnologiyalı ilk dəyirman kimi inşa edilən “Qulin dəyirmanı” bu gün də öz qədimliyini qoruyub saxlayır.

Teleqraf-ın Cənub Bürosu xəbər verir ki, Göytəpə şəhərində yerləşən bu tarixi dəyirman bir vaxtlar təkcə Cəlilabadın deyil, həm də ətraf bölgələrin un tələbatını ödəyən əsas istehsal mənbələrindən biri olub.

Tarixi mənbələrə görə, dəyirman burada kompakt şəkildə yaşamış rusəsilli molokanlarının köçürülmə dövründə Qulin adlı birinintəşəbbüsü ilə inşa edilib. O dövrdə Avropadan gətirilmiş müasir avadanlıqlar bölgədə analoqu olmayan texnologiya sayılırdı.

Üç mərtəbədən ibarət tikilidə iş prosesi xüsusi ardıcıllıqla təşkil olunub: taxıl əvvəlcə üçüncü mərtəbədə təmizlənir, daha sonra ikinci mərtəbədə yerləşən üyütmə dəzgahlarına yönləndirilirdi. Birinci mərtəbədə isə prosesə nəzarət edən avadanlıqlar fəaliyyət göstərirdi. Həmin illərdə dəyirmanda molokanlarla yanaşı yerli azərbaycanlılar da çalışıb.

Göytəpə sakini Ələsgər Qarayev bildirir: “1955–56-cı illərdə atam yaşlaşdığı üçün onu qardaşım əvəz etmişdi. O, Salyan peşə məktəbini bitirmiş mexanizator idi və burada uzun müddət işləməli olmuşdu. Dəyirman o vaxt kolxozun balansında idi.”

Bir əsrə yaxın yaşı olan tikili bu gün də dayanıqlılığını qoruyub saxlayır. Qırmızı kərpicdən inşa olunmuşəsas divarlar möhkəm qalsa da, palçıqla hörülmüş bəzi hissələrdə xırda çatlarşahidə edilir.

Müstəqilliyin ilk illərində də müəyyən müddət fəaliyyət göstərmiş “Qulin dəyirmanı” sonradan bölgədə daha müasir müəssisələrin istifadəyə verilməsi ilə işini dayandırıb. Yerli sakinlər hesab edir ki, Cənub bölgəsinin tarixində mühüm yeri olan bu Avropa texnologiyalı ilk dəyirman qorunmalı və gələcək nəsillərə çatdırılmalıdır.

Seçilən
90
teleqraf.com

1Mənbələr