Azərbaycan Prezidenti İlham Əliyev “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
Banker.az xəbər verir ki, Vüqar Məcidlini Mehman İsmayılov əvəzləyib. M.İsmayılov Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının İnvestisiya layihələrinin və infrastrukturunun rəhbəridir.
Rəşad İsmayılovun əvəzinə Əli Cəfərov təyin edilib. Cəfərov Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavinidir.