Beynəlxalq kiberdələduzluq şəbəkələrinə qarşı genişmiqyaslı əməliyyat keçirilib.
İnterpress.az xəbər verir ki, bu barədə Tailand mediası məlumat yayıb.
Tailand rəsmiləri nəticədə 300 milyon dollardan çox dəyəri olan aktivləri müsadirə edib və 42 nəfər barəsində həbs qərarı çıxarıb. İstintaq idarəsi indiyədək 29 nəfərin saxlanıldığını açıqlayıb.
Axtarışa verilən şəxslər arasında “Prince Group”un rəhbəri, ABŞ-ın sanksiya tətbiq etdiyi Çin əsilli kambocalı maqnat Çen Ji, həmçinin kambocalı iş adamları Kok An və Yim Lik də var.
İstintaq zamanı insan alveri, çirkli pulların yuyulması və onlayn fırıldaqçılıq faktları aşkar edilib.
Xuraman Etibarlı
İnterpress.az