Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Paytaxtın Nərimanov rayonu, Xəlil Rza Ulutürk küçəsində – Nəqliyyat Mübadilə Mərkəzinin çıxışında yerləşən qeyri-sabit işıq dirəyi təlimçi Arzu Babazadə tərəfindən Avtosfer.az-a bildirilmişdi.
Məsələ gündəmə gətirildikdən sonra aidiyyəti qurum tərəfindən müdaxilə olunub. Bu gün həmin işıq dirəyi tam bərpa edilərək əvvəlki sabit vəziyyətinə qaytarılıb. Məlum olub ki, bundan əvvəl həmin ərazidə qəzaya düşən avtomobil işıq dirəyinə çırpılaraq yerindən tərpədibmiş.
Avtosfer.az məsələni ictimailəşdirəndən sonra təhlükə aradan qaldırlıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.