AZ

Hindistanın "IndiGo" aviaşirkətinin 250-dən çox uçuşu təxirə salındı

Hindistanın ən böyük aviaşirkəti "IndiGo"nun ekipaj çatışmazlığı, texniki problemlər və hava məkanındakı sıxlıq səbəbləri ilə 250-dən çox uçuşu təxirə salınıb.

Avtosfer.az xəbər verir ki, məlumatı "Hindustan Times" yayıb.

Dünən 150-dən çox uçuşu təxirə salınan "IndiGo"da "operativ problemlər" davam edir.

Aviaşirkətin ümumilikdə 250-dən çox reysi (Nyu-Delhidə 33, Haydarabadda 68, Mumbayda 85 və Bangalorda 73 və s.) təxirə salınıb.

Şirkət rəsmiləri müxtəlif bölgələrdə uçuşların ləğv olunacağını da istisna etmirlər.

Sosial mediada paylaşılan görüntülərdə isə təxirə salınan və gecikən uçuşlar səbəbindən hava limanlarında sıxlıq olduğu görülür.

Seçilən
99
1
avtosfer.az

2Mənbələr