İsrailin baş naziri Benyamin Netanyahu Nyu-Yorkun yeni meri Zöhran Mamdaninin ona qarşı Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarını icra edəcəyi ilə bağlı açıqlamasına sərt reaksiya verib.
Publika.az xəbər verir ki, bu barədə "New York Times" məlumat yayıb.
Bildirilib ki, Netanyahu Mamdaninin bu açıqlamasının onun səfər planlarını dəyişdirməyəcəyini söyləyib.
"Bəli, mən Nyu-Yorka gedəcəm. Əgər fikrini dəyişib bizim var olma hüququmuz olduğunu desə, bu, görüşmə üçün yaxşı bir başlanğıc olardı", - Netanyahu qeyd edib.