Bakı, 4 dekabr, Günel Türksoy, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin bir neçə ölkə ilə mübadilə proqramı var. Gələn il nazirlik Səudiyyə Ərəbistanı ilə gənclər mübadiləsi proqramına başlayacaq.
Bunu AZƏRTAC-a açıqlamasında Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundova deyib.
O bildirib ki, Səudiyyə Ərəbistanın gənclər sahəsində fəaliyyət göstərən qurumları və ya könüllülər təşkilatlarının 10-15 nəfər nümayəndə heyəti 2026-cı ildə Azərbaycana səfər edəcək: “Onlar ölkəmizdə gənclər siyasəti ilə bağlı həyata keçirilən işlər, eyni zamanda, Azərbaycanın görməli yerləri ilə tanış olacaqlar. Bizim gənclərimiz də Səudiyyə Ərəbistanına səfər edəcək və oranın gənclər siyasəti ilə tanış olacaqlar. İki ölkənin gəncləri arasında ideya müzakirəsi olacaq”.
“Nazirliyin, həmçinin Özbəkistan və Türkiyə ilə də mübadilə proqramları var. Bu proqramlar da gələn il olduğu kimi davam edəcək", – deyə Ü. Axundova fikirlərini tamamlayıb.