AZ

Türkiyə Qara dənizdəki təhdidlərə qarşı tədbirlər görür

Türkiyə Qara dənizdəki təhdidlərə qarşı tədbirlər görür

Türkiyə Qara dəniz hövzəsində yaranan təhdidlərə qarşı zəruri tədbirlər həyata keçirir.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi açıqlama yayıb.

Nazirliyin nümayəndəsi "TRT Haber"ə bildirib ki, regional məsuliyyət prinsipi çərçivəsində Ukrayna müharibəsi ilə əlaqədar dəniz təhdidlərinə qarşı tədbirlər görülür.

Nazirlik qeyd edib ki, həyata keçirilən tədbirlər dəniz zonalarının və kritik əhəmiyyətli sualtı və suüstü obyektlərin təhlükəsizliyini təmin etməyə, kəşfiyyat və müşahidə aparmağa, həmçinin Qara Dənizdə mina əleyhinə tədbirlər qrupunun fəaliyyətini davam etdirməyə yönəlib. Nazirlik vurğulayıb ki, dəniz təhdidlərinin minimuma endirilməsi və gəmilərin təhlükəsizliyinin təmin olunması üçün dayanıqlı sülh (Ukrayna münaqişəsinin həlli) əsas amil olacaq.

Seçilən
41
afn.az

1Mənbələr