Ayna saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
“Ruslar bu pulun ayrılmasını amerikalılarla müzakirə edirlər”
Türkiyə Akkuyu AES üçün ABŞ-da bloklanmış maliyyənin ayrılmasını təmin etmək istiqamətində vasitəçilik səyləri göstərir. AYNA.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar İstanbulda jurnalistlərlə görüşündə deyib.
"2 milyard dollar uzun müddətdir “JP Morgan”da ilişib qalıb və düşünürəm ki, ruslar bu pulun ayrılmasını amerikalılarla müzakirə edirlər. Biz də bu vəsaitlərin ayrılmasını asanlaşdırmaq üçün vasitəçi kimi çıxış etməyə çalışırıq, çünki onlar birbaşa layihə üçün istifadə olunacaq", - deyə o bildirib.
Bayraktar qeyd edib ki, AES layihəsini tamamlamaq üçün Türkiyənin avadanlıqlara (əvvəllər sifariş edilmiş, lakin çatdırılmamış) və ya onun tədarükü üçün maliyyələşdirməyə ehtiyacı var. O Akkuyu üçün vəsaitin ayrılmasında "müsbət nəticələr əldə ediləcəyinə" ümid etdiyini bildirib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.