AZ

Dövlət Dəniz və Liman Agentliyində “Açıq qapı” günü keçiriləcək (FOTO)

Bakı. Trend:

Dövlət Dəniz və Liman Agentliyində dənizçilərin hazırlanması vəsertifikatlaşması, bilik və bacarıqlarının qiymətləndirilməsi, ocümlədən təlim-tədris fəaliyyətinin tənzimlənməsi üzrə sondövrlərdə həyata keçirilən islahatlar barədə dənizçilərinmaarifləndirilməsi, onların sual və təkliflərinin yerindədinlənilərək operativ şəkildə cavablandırılması məqsədilə dekabrın19-u saat 10:00-da Agentliyin inzibati binasında “Açıq qapı” günükeçiriləcək.

“Açıq qapı” günündə iştirak etmək istəyən dənizçilər müvafiqməlumatları (ad, soyad və əlaqə nömrəsi) [email protected] e-poçtünvanına göndərərək qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, Agentlik tərəfindən xidmətlərin göstərilməsindəvətəndaş məmnunluğunun təmin olunması məqsədilə “Açıq qapı” günlərimütəmadi olaraq təşkil olunur.

Bu barədə Agentliyin rəsmi veb-saytında və sosial şəbəkəhesablarında məlumat verilir.

Dövlət
Seçilən
98
4
az.trend.az

5Mənbələr