AZ

Qışda hansı tərəvəzlər faydalıdır?

Qış mövsümündə istehlak edilən tərəvəzlər həm immunitet, həm də ümumi sağlamlıq üçün xüsusi əhəmiyyət daşıyır.


Pravda.az bildirir ki, mövsümə uyğun qidalanma orqanizmi xəstəliklərə qarşı daha güclü edir.


Qış aylarında ən çox tövsiyə edilən tərəvəzlər bunlardır:


Gül kələmi

Kələm (ağ, qırmızı)

Brokoli

Kərəviz

Kök

Turp

Balqabaq

İspanaq

Soğan və sarımsaq

Brüssel kələmi


Həkimlər qeyd edir ki, qış tərəvəzləri yüksək vitamin və antioksidant tərkibi ilə immun sistemini gücləndirir, mövsümi infeksiyalara qarşı qoruma təmin edir. Liflə zəngin olmaları sayəsində həzmi yaxşılaşdırır, qan şəkərini tənzimləyir və toxluq hissi yaradır.


Xüsusən brokoli, kələm və gül kələmi kimi tərəvəzlərin xərçəngə qarşı qoruyucu təsirləri ön plana çıxır. İspanaq və kərəviz isə ürək-damar sağlamlığını dəstəkləyən əsas minerallarla zəngindir.


Mütəxəssislər qış tərəvəzlərinin buxarda və ya az su ilə bişirilməsini, mümkün olduqca təzə istehlak edilməsini tövsiyə edir.


Əminə Bayramova

Tarix: 4 Dekabr 2025, 13:59   
Seçilən
28
pravda.az

1Mənbələr