AZ

Maduro: “Trampla telefon söhbəti dostcasına keçdi”

Ayna portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Yaşasın dialoq, diplomatiya və sülh!"

Venesuela Prezidenti Nikolas Maduro ABŞ Prezidenti Donald Trampla hörmətli və səmimi bir telefon danışığı apardığını və iki ölkə arasında dialoqu təşviq etdiyini açıqlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə Maduro “Venezolana de Televisión”a deyib.

"Mənə telefon zəngi gəldi və ABŞ Prezidenti Donald Trampla danışdım. Deyə bilərəm ki, söhbət hörmətli, hətta dostcasına keçdi", - Venesuela lideri vurğulayıb.  

O telefon danışığının xarakterinin "iki ölkə arasında hörmətli dialoqa doğru atılan addımları" nümayiş etdirdiyini vurğulayıb.

Venesuela lideri "mikrofon diplomatiyasını sevmədiyini və vacib şeylər gerçəkləşənə qədər gizli qalmalı olduğunu" bildirib.

Maduro ABŞ ilə diplomatik dialoqu alqışlayıb və Venesuelanın sülh arzusunu qeyd edib: "Yaşasın dialoq, diplomatiya və sülh!".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
ayna.az

1Mənbələr