"Labubu" oyuncağında uşaqlar üçün təhlükəli maddə tapılıb.
Ölkə.az xəbər verir ki, Rusiyada fəaliyyət göstərən “Rusiya Keyfiyyət Sistemi” adlı qurum 13 kukla nümunəsini analiz ediblər.
Nəticədə mütəxəssislər oyuncaqlardan birində zəhərli maddə - dioktilftalat aşkar ediblər. Qeyd olunur ki, dioktilftalat dərini və selikli qişaları qıcıqlandırır.
Bundan əlavə, həmin maddə həmçinin hormonal fonu pozur və piylənməyə səbəb ola bilər. Uşağın orqanizminə dioktilftalatın tüpürcək yolu ilə keçə biləcəyi vurğulanıb.
Həmidə İbrahimova