ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fransa Prezidenti Emmanuel Makron Ukraynanın energetika obyektlərinə hücumlara qarşı Rusiyaya “qış” moratoriumu təklif edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “RBC.ua” məlumat yayıb.
Məlumata görə, Makron Çin lideri Si Cinpindən Rusiyanı Ukraynanın enerji infrastrukturuna hücumları ən azı qışın sonuna qədər dayandırmağa məcbur etməyi istəyib.
Makron bildirib ki, vəziyyətin “ciddiliyini və möhkəm, uzunmüddətli sülhə ehtiyacı” başa düşdükləri üçün Pekin və Paris bu bərpa prosesində əməkdaşlığı gücləndirə bilərlər.
Safura Bənnayeva
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.