AZ

Alparslan Bayraktar: Türkiyə beynəlxalq qaz habına çevrilməyi hədəfləyir

BAKI, 4 dekabr. TELEQRAF

Türkiyə beynəlxalq qaz habının yaradılması istiqamətində doğru yolda irəliləyir.

Teleqraf xəbər verir ki, bu barədə ökənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.

Nazir bildirib ki, Türkiyəyə daxil olan rəqabətqabiliyyətli qaz həcmlərini və ölkə ətrafındakı ixrac imkanlarının artmasını nəzərə alsaq buna geniş imkanımız var.

“Biz Türkiyəyə ildə 7 milyard kubmetrdən 70-80 milyard kubmetrə qədər qaz tədarük edə bilərik. Prosesi yaxından izləyirik və enerji birjası EPİAŞ-ı İstanbul Maliyyə Mərkəzinə köçürmüşük”.

Bayraktar əlavə edib ki, Rusiya, Azərbaycan və İrandan gələn boru kəmərləri də daxil olmaqla Türkiyə 14 istiqamət üzrə qaz idxal edir.

Seçilən
45
teleqraf.com

1Mənbələr