AZ

Avropa Parlamentinin nümayəndə heyəti Ukraynaya səfərini ləğv edib

ain.az bildirir, Operativ MM saytına əsaslanaraq.

Ukrayna hakimiyyəti "Almaniya üçün Alman Alternativ" partiyasından olan parlament üzvünün iştirakına etiraz etdikdən sonra Avropa Parlamentinin nümayəndə heyəti Ukraynaya planlaşdırılan səfərini ləğv edib.

 "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

Nəşrin məlumatına görə, dekabrın 1-də Avropa Parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsinin (SEDE) üzvlərinin Ukraynaya səfəri planlaşdırılıb. Lakin Ukrayna tərəfi Almaniya üçün Alternativin (AfD) üzvü Hans Noyhoffun nümayəndə heyətinə daxil edilməsi ilə bağlı “təhlükəsizlik”lə bağlı narahatlığını bildirib. Kiyev Avropa Parlamentinin sədri Roberta Metsolanın ofisini xəbərdar edib, bundan sonra məlumat SEDE katibliyinə və üzvün özünə ötürülüb.

“Politico” qeyd edir ki, Noyhoff son illərdə dəfələrlə Rusiyaya səfər edib və bəyan edib ki, Ukrayna üçün sülh planı münaqişənin əsas səbəblərini aradan qaldırmalıdır. O, həmçinin Aİ-nin Ukraynanı “polad kirpi”yə çevirmək strategiyasını Moskva ilə münasibətlərə xələl gətirən ciddi səhv adlandırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
1
operativmm.az

2Mənbələr