Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2025-ci ildə ən çox qol vurmuş futbolçuların siyahısını açıqlayıb.
Publika.az xəbər verir ki, birinci sırada "Real"ın və Fransa millisinin hücumçusu Kilian Mbappe qərarlaşıb. O, 60 dəfə fərqlənib.
İngiltərə yığmasının və "Bayern"in forvard Harri Keyn 54 qolla ikincidir. Aktivində 51 qolu olan "Mançester Siti"nin və Norveç millisinin "qol silah"ı Erlinq Haaland isə "ilk üçlüy"ü qapayır.
Qeyd edək ki, siyahı tərtib olunarkən 1 yanvar - 30 noyabr aralığında baş tutan oyunlar nəzərə alınıb.