AZ

Rusiya G8 qrupuna qayıdacaqmı?

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, RF Prezidenti Vladimir Putin Rusiyanın G-8 qrupuna qayıtmağa hazırlaşmadığını söyləyib.

Xatırladaq ki, təşkilat 2014-cü ildən sonra yenidən G-7 formatına qayıdıb.

Putin bu açıqlamanı "India Today" nəşrinə müsahibəsində verib. Jurnalistin müvafiq sualına "Yox" cavabını verən Putin hələ 2014-cü ildə Rusiyanın Ukraynaya qarşı təcavüzünün başlanmasından əvvəl G8 sammitlərində iştirakını dayandırdığını qeyd edib.

ABŞ təmsilçiləri Stiven Vİtkoff və Cared Kuşner ilə görüşdə bu məsələnin müzakirə edilib-edilmədiyi sualına da Putin "Yox" cavabını verib.

Hürr Tərcüman

Seçilən
68
1
hurriyyet.az

2Mənbələr