AZ

Rusiya-Ukrayna müharibəsində yolun sonu

Dördüncü ilinə yaxınlaşan Rusiya-Ukrayna müharibəsində yolun sonu görünür...

Müharibə aparan iki ölkənin ərazisindən başqa, Qara dəniz də savaş meydanına çevrilib. Son zamanlarda Ukrayna tərəfinin Rusiya gəmilərinə etdiyi hücumlar Türkiyəni Qara dənizdə ən uzun sahilə malik olan ölkə kimi aktiv hərəkətə keçirib. Onsuz da müharibənin həllinə töhfə vermək istəyən Ankara indi həm də münaqişənin daha geniş coğrafiyaya yayılmasının qarşısını almağa çalışır. Təsadüfi deyil ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Brüsseldə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovla görüşüb. Görüşdə müzakirə olunan mövzular açıqlanmasa da, danışıqların bu haşiyədə getdiyi şübhəsizdir. 

Bu hücumlara cavab olaraq, Kreml Ukraynanı dənizdən kəsməklə hədələdi. 

Sonuncu dəfə dekabr ayının 2-də Kremldə qurulan masada 20 bəndlik sülh planı layihəsinin bir neçə bəndi Vladimir Putinin xoşuna gəlməyib. Rusiya tərəfi Amerika ilə danışıqların təfərrüatlarını açıqlamamağa razılaşıblar.

Trump could meet in person with Putin as soon as next week, White House  official says | The Hill

Fotoda: Rusiya lideri Vladimir Putin və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff. 2 dekabr, Kreml.

Rusiya ilə danışıqlarda iştirak edən ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner Putinlə beş saatlıq danışıqlardan sonra, ABŞ-nin Moskvadakı səfirliyinin binasına gediblər. Çox güman ki, Trampın təkliflərinə Putinin reaksiyasını öyrənmək ABŞ liderinin xüsusi marağında olub ki, yüksək səviyyəli diplomatların geri qayıtmasını gözləməyib. 

Daha sonra Trampın xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşner Ukrayna lideri Volodimir Zelenski ilə danışıqları ləğv edərək Moskvadan birbaşa ABŞ-yə qayıdıblar. 

Bu isə onu deməyə əsas verir ki, rəsmi Moskvanın xoşuna gəlməyən bəndlər yenidən dəyişdirilib və ya dəyişdiriləcək. Belə ki, əhəmiyyətli dəyişiklik olmadığından, ABŞ-Ukrayna tərəflərinin danışmağa heç nəyi qalmayıb.

Ukraine President Volodymyr Zelensky in Kyiv

Ukrayna Prezidenti Volodimir Zelenski. 23 fevral 2025-ci il, Kiyev.

Ukrayna Prezidenti Volodimir Zelenski öz növbəsində bildirib ki, Kiyev ABŞ-də görüşlərə hazırlaşır. Amerikalılar Moskvadan qayıtdıqdan və Vaşinqtonda müvafiq məsləhətləşmələrdən sonra Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov və Baş Qərargah rəisi Andrey Qnatov Trampın nümayəndələri ilə söhbəti davam etdirəcəklər. Bundan sonra Uitkoff və Kuşnerin dekabr ayının 4-də sözügedən şəxslərlə danışıqlar aparacağı məlum olub. Burada Rusiyanın sülh layihəsi paketinə verdiyi reaksiyaların və "qırmızı xətlər"in müzakirə olunacağı istisna deyil. 

ABŞ dövlət katibi Marko Rubio Ukrayna danışıqlarında mübahisə doğuran əsas müddəanı açıqlayıb. O, əsas amil kimi Donetsk vilayətinin Kiyevin nəzarətində olan 20% ərazisini göstərib: "Hazırda sözün əsl mənasında mübahisə etdikləri təqribən 30-50 kilometrlik bir ərazi və Donetsk vilayətinin 20%-i (Ukraynanın nəzarəti altında) qalır". 

Putinin Donetsk və Luqanskın müstəqilliyini tanıyan fərman imzalamasından sonra Donetsk şəhəri. 21 fevral 2022-ci il.

Putin "India Today"ə müsahibəsində bildirib ki, Rusiya Donbass və Novorossiyanı (yeni işğal edilən ərazilər) istər hərbi, istərsə də başqa yolla azad edəcək: "Rusiya Ukraynaya qoşunlarını Donbassdan çıxarmağı və hərbi əməliyyatlara başlamamağı təklif etdi, lakin Kiyev müharibəyə üstünlük veridi". 

Belə çıxır ki, Kiyev gec-tez Donetskin və itirilmiş ərazilərin tam ilhaqı ilə razılaşmalı olacaq. Çünki Putin istəyinə nail olmadan müharibəni bitirmək niyyətində deyil. 

Ağ Evin rəhbəri danışıqlardan bəhs edərkən bildirib ki, Uitkoff və Kuşner əmindirlər ki, Rusiya Ukraynadakı münaqişənin həllinə sadiqdir. Tramp vurğulayıb ki, Putin müharibəni bitirmək istəyir. 

Əslində, D.Tramp ikinci dəfə prezident seçilən vaxtdan bəri Rusiya tərəfindən çıxış edir. Bu, hegemon dövlətin güclünün yanında olduğunu, həm də Trampın Putinə olan xüsusi rəğbətini göstərir. 

President Trump Set To Meet With Russia's Putin On July 16 | KUT Radio,  Austin's NPR Station

Fotoda: ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin. 7 iyul 2017-ci il. Hamburq, Almaniya.

Necə deyərlər, məşhur təmsildə ifadə olunduğu kimi, əlbir olub bir "ayı" bir "şir" ilə. Lakin ovların "ov"larını "tülkü"yə yedirmək niyyətində olmadıqları da aşkardır. Ona görə də Avropa İttifaqı və digər maraqlı tərəflər passiv aktora çevriliblər. 

Zelenskinin yenidən dəyişdirilmiş sülh planına necə reaksiya verməsindən asılı olmayaraq, nəticələr istənilən halda Rusiyanın xeyrinə dəyişəcək. 

Ukrayna lideri isə sonda ya Prezident Administrasiyasının (PA) rəhbəri Andrey Yermak kimi istefa verəcək, ya da ağır nəticələri çiyninə götürməyə hazır olacaq.

İstənilən halda isə sülh planı layihəsi var və bu yol xəritəsi üzərində yaxın gələcəkdə kompromis əldə olunacaq. Təbii ki, rusların xeyrinə...

Ağarza Elçinoğlu

Seçilən
5
15
unikal.az

10Mənbələr