AZ

Çoxuna təsir edəcək proses: bu tarixədək diqqətli olun

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Yer kürəsində maqnit qasırğası davam edir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Phobos” hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus məlumat yayıb.

O bildirib ki, geomaqnit dalğalanmalarının ilk əlamətləri dekabrın 3-ü axşam saatlarında cihazlar vasitəsilə aşkar edilib:

“Maqnit qasırğası vaxtaşırı zəifləsə də, gecə yarısı pik həddə çataraq G2 səviyyəsini keçib. Onun intensivliyi indi G1 səviyyəsinə düşüb. Bu, həftəsonuna qədər səngiməyəcək. Dekabrın 4-də onun gücü zəif, mülayim G1 və G2 arasında dəyişəcək”.

Qeyd edək ki, dekabr ayında həm insan rifahına, həm də avadanlıqların işinə təsir göstərə biləcək maqnit qasırğaları baş verə bilər. 

Günel Cəlil

Globalinfo.az  

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
217
globalinfo.az

1Mənbələr