Qazaxıstan Məclisi (parlamentin aşağı palatası) ictimai yerlərdə üzü örtən və tanınmasına mane olan geyim (niqab) geyinməklə bağlı İnzibati Xətalar Məcəlləsinə düzəlişlər qəbul edib. Vətəninfo.az xəbər verir ki, düzəlişlərə əsasən, ilk dəfə törədilən qanun pozuntusu xəbərdarlıqla, təkrar törədilən qanun pozuntusu isə 77 dollardan çox olan 10 AŞM (aylıq hesablama indeksi) məbləğində cərimə ilə nəticələnəcək.
“Qanunsuz məzmunun yerləşdirilməsi və yayılması, eləcə də dövlət qurumlarının qanun pozuntularının səbəblərini aradan qaldırmaq üçün verdiyi göstərişlərə qəsdən əməl edilməməsinə görə məsuliyyət də tətbiq edilib”, – deyə parlament qeyd edib.