Bakı. Trend:
Çuğundur təkcə damarların və ürəyin sağlamlığı üçün deyil, həmdə beyin üçün faydalı ola bilər. Belə bir nəticəyə britaniyalıtədqiqatçılar gəlib.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
“Nutrients” jurnalında dərc olunan bir icmalda britaniyalıtədqiqatçılar onlarla araşdırmanı təhlil edərək belə qənaətəgəliblər ki, çuğundurun tərkibindəki maddələr, xüsusilə nitratlar,betalaınlar və polifenollar - qan dövranına, iltihaba vəoksidləşdirici stressə təsir göstərir. Bu isə Alzheimerxəstəliyinin inkişafının qarşısının alınması baxımından mühüm roloynayır.
Hüceyrə və heyvanlar üzərində aparılan təcrübələrdə çuğundurkomponentləri neyronları zədələrdən qoruma qabiliyyətini artırıb,mitoxondrilərin fəaliyyətini yaxşılaşdırıb və iltihabi siqnallarınaktivliyini azaldıb.
İnsanların iştirakı ilə aparılan bəzi kiçik tədqiqatlarda isəçuğundur içkiləri koqnitiv pozuntular zamanı ilk zərər görən beyinsahələrinin qan təchizatını yaxşılaşdırıb. Bundan başqa,epidemioloji məlumatlar göstərir ki, daha çox bitki mənşəlinitratlar qəbul edən insanlar yaddaşın sürətli pisləşməsi ilə dahaaz qarşılaşırlar.