AZ

Mingəçevirdə qadın dəm qazından zəhərlənərək ölüb

Mingəçevir, 4 dekabr, Vüsalə Cənnətova, AZƏRTAC

Mingəçevirdə yaşlı qadın dəm qazından zəhərlənib.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, “Əkinçi” küçəsindəki evlərdən birində yaşayan şəhər sakini, 1962-ci il təvəllüdlü Əntiqə İsmayılova hadisə nəticəsində dünyasını dəyişib.

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda araşdırma aparılır.

Seçilən
67
2
azertag.az

3Mənbələr