
“Rusiya Ukraynaya qoşunlarını Donbasdan çıxarmağı təklif edib”.
Missiya.Az“TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin məlumat verib.
"Rusiya Ukraynaya qoşunlarını Donbassdan çıxarmağı və hərbi əməliyyatlara başlamamağı təklif etdi, lakin Kiyev döyüşməyə üstünlük verir", - deyə siyasətçi vurğulayıb.
Putin qeyd edib ki, Rusiya istənilən halda Donbas və Novorossiyanı azad edəcək:
“Bu, hərbi yolla və ya başqa vasitələrlə baş verə bilər”, - deyə siyasətçi əlavə edib.
Daşqın HəsənovMissiya.Az