Bakı.Trend:
Türkiyədə “Akkuyu” atom elektrik stansiyasının birinci blokununtikinti işlərinin 95 faizi yekunlaşıb və 2026-cı ildən oradaelektrik enerjisinin istehsalına başlanıacağı gözlənilir.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Türkiyənin Energetika və TəbiiSərvətlər naziri Alparslan Bayraktar İstanbulda jurnalistlərəaçıqlamasında deyib.
“Birinci reaktorun işə salınmasına gəldikdə, hazırda çox mühümmərhələdəyik. İşlərin 95%-i tamamlanıb və gələn il "Akkuyu"da ilkelektrik enerjisi istehsalına başlamağı ümid edirik. Məqsədimizbudur. Əlbəttə, birinci reaktordan sonra digərləri də gələcək,lakin indi əsas diqqətimizi Türkiyədə ilk atom reaktorununtikintisinin yekunlaşdırılmasına yönəltmişik”, – deyə nazirvurğulayıb.
O, layihəni Türkiyənin və dünyanın ən iri layihələrindən biriadlandırıb. Nazirin sözlərinə görə, Akkuyu AES layihəsi Türkiyədəhəyata keçirilən ən böyük xarici investisiya layihəsidir. Hazırdadünyada inşa olunan ən böyük atom elektrik stansiyası sahəsindədörd reaktorun tikintisi aparılır.