BAKI, 4 dekabr. TELEQRAF
Rusiya Ukraynaya qoşunlarını Donbasdan çıxarmağı və hərbi əməliyyatlara başlamamağı təklif etsə də, Kiyev döyüşməyə üstünlük verdi.
Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
O bildirib ki, Rusiya istənilən halda, hərbi və ya başqa yolla Donbas və Novorossiyanı azad edəcək (Ukraynanın suveren ərazilərinin işğalını nəzərdə tutur – red.).