AZ

Medvedev Avropa İttifaqını müharibə ilə hədələyib

“Rusiyanın aktivləri oğurlanarsa, Avropa İttifaqı (Aİ) məğlub düşmənlərdən natura şəklində təzminat gözləyə bilər.”.

Missiya.Az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “VKontakte” sosial şəbəkə hesabında məlumat yayıb.

Onun sözlərinə görə, belə davranış müharibə üçün mümkün bəhanəyə çevriləcək:

"Belə hərəkətlər beynəlxalq hüquqa əsasən, Brüssel və ayrı-ayrı Aİ ölkələri üçün bütün nəticələrlə nəticələnən xüsusi bir səbəb kimi təsnif edilə bilər", - deyə Medvedev vurğulayıb.

Rusiya aktivlərinin mümkün oğurlanmasından danışan Medvedev Aİ səlahiyyətlilərini dəli adlandırıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
43
missiya.az

1Mənbələr