
Akademik Yusif Məmmədəliyevin yüksək oktanlı benzin ixtirası Azərbaycan və dünya elmi üçün nadir kəşflərdən biridir.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, bunu AMEA prezidenti İsa Həbibbəyli dekabrın 4-də Bakıda keçirilən Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş "Yusif Məmmədəliyev: Elm. irs. innovasiyalar" adlı beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, Y.Məmmədəliyev Azərbaycan elminin parlaq simalarından biridir:
"Akademikin bugünkü irsi hələ də Azərbaycan elminə töhfələr verməyə davam edir. Onun yüksək oktanlı benzin ixtirası isə Azərbaycan və dünya elmi üçün nadir kəşflərdən biridir".