AZ

Yardımlıda "Sağlam gənc " adlı tədbir keçirilib-ÖZƏL

Yardımlı rayon Tarix-Diyarşünaslıq Muzeyində Yardımlı rayon V.Bəndəliyev adına Urakəran kənd tam orta məktəbin 7-ci sinif şagirdləri arasında sağlam həyat tərzinin təbliği və asudə vaxtının səmərəli təşkili mövzusuna həsr olunmuş tədbir keçirilib. Muzeydən "Olaylar"a bildirilib ki, tədbirdə məktəbin müəllimi, şagirdlər və muzey əməkdaşları iştirak etdilər . Muzey əməkdaşı Əlisəfa Əhmədov  sağlam həyat tərzinin vacibliyini, gənclərin idmanla məşğul olmağını, onları faydalı işlərə cəlb etmək və asudə vaxtlarını səmərəli keçirmələrini təmin etmək məqsədi ilə belə tədbirlərin davamlı olmasını bildirib. Bu cür tədbirlər gənclərin fiziki və mənəvi sağlamlığını, sosial bacarıqlarını və həyat keyfiyyətini yaxşılaşdırmağa köməkçi bir vasitə olduğunun vacibliyini qeyd edib.
Şagirdlərlə maarifləndirici söhbətlərdən sonra  muzey bələdçisi Aqil Əlizadə tərəfindən ekskursiya təşkil olunub və onlarla xatirə fotoları çəkidib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
21
olaylar.az

1Mənbələr