AZ

Yasamal rayonunda təhlükəli vəziyyət – Foto

Yasamal rayonunda həm piyadalar, həm də avtomobil sürücüləri üçün təhlükəli vəziyyət yaranıb.

Tribuna.az xəbər verir ki, rayonun Süleyman Rəhimov küçəsi ilə Bülbül küçəsinin kəsişməsində qurumuş ağac avtomobil yoluna aşmaq üzrədir. Sakinlər bildirib ki, təhlükəni özləri aradan qaldırmağa ehtiyat edirlər, çünki Yaşıllaşdırma Təsərrüfatı Birliyi gəlib cərimələyir:

“Yaşıllaşdırma İdarəsi, sizin əlnizdən sınıq ağacı belə kəsmək olmur. Neyləyək? Gözləyək sınıb kiminsə başına düşüb bədbaxt eləsin sonra kəsəsiz?”.

Sakinlər problemin aradan qaldırılması üçün Yaşıllaşdırma Təsərrüfatı Birliyinə məlumat da verdiklərini bildiriblər.

Mövzü ilə bağlı idarə ilə əlaqə saxlamağa çalışdıq. Lakin zənglərimizə cavab verən olmadı.
Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən Rəsul

Seçilən
31
2
tribunainfo.az

3Mənbələr