MİNGƏÇEVİR, 4 dekabr. TELEQRAF
Mingəçevir şəhərində dəm qazından zəhərlənmə nəticəsində bir nəfər ölüb.
Teleqraf-ın Mərkəzi bürosunun məlumatına görə, hadisə şəhərin Əkinçi küçəsində qeydə alınıb.
63 yaşlı Əntiqə İsmayılova yaşadığı evdə dəm qazından zəhərlənərək həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.