AZ

ABŞ Argentinaya “Stryker” zirehli personal daşıyıcısının tədarükünə başlayıb

Bakı. Trend:

Argentina ABŞ-dən aldığı 4 ədəd “Stryker” zirehli personaldaşıcısını təhvil alıb.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

ABŞ-nin Argentinadakı səfirliyinin bəyanatına görə, bu tədarükArgentina ordusunun hərbi imkanlarının modernləşdirilməsi vəVaşinqtonla hərbi əməkdaşlığın möhkəmləndirilməsi istiqamətindəatılmış vacib addım olub.

Argentina ümumilikdə 8 ədəd zirehli personal daşıyıcısı alıb.Sonuncu partiyanın ölkəyə dekabrın 8-də çatdırılacağıbildirilir.

Hərbi texnikanın tədarükü, ehtiyat avadanlıqlarının təchizatı,şəxsi heyətin təkili və texniki dəstək daxil olmaqla ümumi paketinməbləği 20 milyon dollar təşkil edir.

Məqalədə:
Seçilən
66
1
az.trend.az

2Mənbələr