AZ

İraq Kürdüstanında ABŞ konsulluğu AÇILDI

İraq Kürdüstanında ABŞ konsulluğu açılıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb. ABŞ rəsmisi bölgənin neft kəmərinin fəaliyyətindəki rolunu və Amerika maraqlarını qorumasını yüksək qiymətləndirib.

İraq Kürdüstanının paytaxtı Ərbildə ABŞ-ın yeni konsulluğunun açılış mərasimi keçirilib. Mərasimdə iştirak edən ABŞ dövlət katibinin müavini Reqas bildirib ki, Birləşmiş Ştatlar İraqın suverenliyini qorumaq və terrorizmə qalib gəlmək üçün iraqlı tərəfdaşları ilə sıx əməkdaşlıq edəcək.

“Biz Amerika maraqlarını qoruduğu üçün İraq Kürdüstanına təşəkkür edirik”, – deyə diplomat qeyd edib.

O, həmçinin regionun İraq və Türkiyə arasındakı neft kəmərinin açılmasında oynadığı mühüm rola diqqət çəkib: “Bu, Amerika şirkətlərinin maraqlarına cavab verir. Bu, həm də İraqın, İraq Kürdüstanının və ABŞ-ın ümumi maraqlarına uyğundur”.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
130
interpress.az

1Mənbələr