FİFA Afrika Millətlər Kuboku ilə bağlı qərar qəbul edib.
Fanat.Az xəbər verir ki, dünya futbolunun rəhbər orqanı qarşıdan gələn turnirə klubların futbolçularını göndərməsi üçün son tarix dekabrın 15-i göstərilib.
Halbuki, əvvəl son tarix dekabrın 8-i qeyd olunurdu. Qurumun rəsmi saytında yer alan xəbərə görə, tərəflər arasında danışıqlar dayandırılıb.
Millətlər Kuboku dekabrın 21-də Mərakeşdə start götürəcək. İngiltərə klubları arasında ən çox əziyyəti "Sanderlend" çəkəcək. Sözügedən klubun 7 futbolçusunun turnirə çağırılacağı gözlənilir. "Vulverhempton"un 5, "Nottingem Forest"in isə 4 oyunçunun Mərakeşə yollanacağı bildirilir. “Arsenal”, “Çelsi” və “Lids” bu baxımdan itki ilə üzləşməyəcək klublardır.