AZ

Məşhur Şəki halvasının hazırlanma prosesi maraqla izlənildi » AzadMedia.az


Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə keçirilən Şəki infoturu media mənsublarına bölgənin turizm, sənətkarlıq və mədəni irs potensialını yaxından araşdırmaq imkanı verib. Səfərin əsas məqsədi Şəkinin daxili turizm imkanlarını daha geniş tanıtmaq, bölgədə yaradılan şərait və həyata keçirilən yenilənmə layihələrini ictimaiyyətə çatdırmaq olub.

Şəkinin simvollarından sayılan məşhur Şəki halvasının hazırlanma prosesi media nümayəndələrinin böyük marağına səbəb olub. Səfər çərçivəsində halvaçı Xosrov Qafarovun emalatxanasına baş çəkən jurnalistlər əsl ustalıq tələb edən bu şirniyyat növünün incəliklərini ustanın öz dilindən öyrəniblər. O, halvanın hazırlanmasında istifadə olunan məhsulların seçimi, şəbəkə naxışının çəkilməsi və bişirmə mərhələsinin hər detalını ətraflı izah edib.

Halvanın dadına baxan qonaqlar bildiriblər ki, bu şirniyyat təkcə mətbəx nümunəsi deyil, Şəki mədəniyyətinin daşıyıcısıdır.
Seçilən
101
1
azadmedia.az

2Mənbələr