AZ

Şəkidə ipəkçiliyin yenidən inkişafı regionda işsizliyə tövhə verəcək » AzadMedia.az



Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə media nümayəndələrinin Şəkiyə infoturu çərçivəsində keçirilən səfər bölgənin ənənəvi təsərrüfat sahələrinin vəziyyətini yerində görmək imkanı yaradıb. Turun ən maraqlı dayanacaqlarından biri isə ölkənin ipəkçilik tarixində mühüm rol oynayan “Azəripək” ASC olub.

Bir vaxtlar SSRİ-nin ipək tələbatını ödəyən, 7 min nəfərin 3 növbə ilə çalışdığı bu nəhəng müəssisə bu gün yenidən dirçəlmə yolundadır. Artıq burada 400-ə yaxın işçi çalışır. Şəki və ətraf rayonlar üçün əvəzsiz məşğulluq mənbəyi olan ipək kombinatının bərpası regionda işsizliyin azalmasına ciddi töhfə verir.

Səfər zamanı jurnalistlərə müəssisənin fəaliyyəti barədə ətraflı məlumat verildi. Hazırda “Azəripək” ASC-də baramadan xam ipək açan, toxucu, boyaq-bəzək, burucu və xalça sexləri fəaliyyət göstərir. Burada yüksək keyfiyyətli, 100% təbii xam ipək, kəlağayı, şərf, çitmə və digər ipək məmulatları istehsal olunur. Məhsullar həm ölkə daxilində böyük tələbat görür, həm də xarici bazarlara ixrac edilir.

Mütəxəssislərin sözlərinə görə, müəssisə tam gücü ilə işləsə, nəinki Şəkinin, hətta qonşu rayonların da əhalisi üçün geniş iş yerləri açılar, insanların rifahı daha da yüksələr. Bu baxımdan ipəkçiliyin inkişafı təkcə sənaye deyil, həm də sosial əhəmiyyət daşıyan proses kimi qiymətləndirilir.

Şəkiyə təşkil olunan media səfəri bir daha göstərdi ki, region turizmlə yanaşı, ənənəvi sənət sahələrinin bərpası və inkişafı üçün də böyük potensiala malikdir.
Seçilən
111
1
azadmedia.az

2Mənbələr