AZ

Medvedevə mükafat verilməsi birmənalı qarşılanmır

Reyting.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini və ölkənin keçmiş prezidenti Dmitri Medvedev ölkənin ən böyük hüquq ödülü kimi təsis edilmiş "İlin hüquqşünası" mükafatını alıb.

Reyting.az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, D. Medvedevə mükafat "Dövlət və hüququn inkişafına xüsusi töhfə" nominasiyasında təltif edilib.

Eyni nominasiyada sabiq baş nazir, Rusiya Hüquqşünaslar Assosiasiyasının sədri Sergey Stepaşin və Ali Məhkəmənin keçmiş sədri İrina Podnosova (ölümündən sonra) da mükafatlandırılıb.

2008-ci ildə RF prezidentinin fərmanı ilə təsis edilmiş "İlin hüquqşünası" Rusiyanın ən yüksək hüquq mükafatıdır. Həmin dövr D. Medvedev prezident postunu tuturdu.

Mükafat bundan əvvəl də Rusiyanın bir çox yüksək vəzifəli rəsmilərinə verilib. 2022-ci ildə isə "Hüquq müdafiə fəaliyyəti" nominasiyası üzrə laureat İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin olub.

Rusiyanın keçmiş prezidenti, hazırda Təhlükəsizlik Şurasının sədr müavini olan, həmçinin dünyanın əksər media orqanlarında Rusiyanın prezidenti Vladimir Putinin ən yaxın dostu kimi təqdim edilən Dmitri Medvedevin belə bir mükafata layiq görülməsi Rusiyanın müxalifyönlü nəşrləri tərəfindən ironik qarşılanıb.

Oqtay QORÇU

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
93
reyting.az

1Mənbələr