İspaniya La Liqasının 15-ci turu çərçivəsində "Real Madrid" Bilbao "Atletik"inin qonağı olub.
Yenilik.az xəbər verir ki, "kral klubu" rəqibinə şans verməyib.
Mbappenin dublu (7, 59) və Kamavinqanın dəqiq zərbəsi (42) madridlilərə üç xalı qazandırıb - 0:3.
Bu qələbə sayəsində Xabi Alonsonun yetirmələri xallarını 36-ya çatdıraraq yarış cədvəlində 2-ci pillədə qərarlaşıblar. Paytaxt təmsilçisi lider "Barselona"dan cəmi 1 xal geri qalır. "Atletik" isə 20 xalla 8-cidir.