Şahzadə Harrinin həyat yoldaşı Meqan Markl yenə tənqidlərin hədəfindədir.
Publika.az xəbər verir ki, hersoginya bu dəfə Milad hazırlığına görə tənqid edilib.
"People"ın xəbərinə görə, o, Miladı Montesitodakı evində necə keçirdiyi ilə bağlı görüntüləri "Instagram" hesabında paylaşıb. M.Markl evi bəzəyib, bayram yeməkləri hazırlayıb, Milad ağacını hazırlayıb və hədiyyələri büküb. Hersoginya uşaqları üçün fərdiləşdirilmiş xüsusi krakerlər də hazırlayıb.
Ancaq sosial media istifadəçiləri bütün bunların şoudan ibarət olduğunu bildiriblər. Onlar şahzadənin həyat yoldaşını "ikiüzlü" olmaqda ittiham ediblər.