İtaliya kubokunda 1/8 final mərhələsinin görüşləri keçirilir.
QOL.az xəbər verir ki, 2-ci gündə 3 matç oynanılıb.
"Napoli" evdə "Kalyari" ilə qarşılaşıb. Oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında isə Neapol təmsilçisi 9:8 hesablı qələbə qazanıb. "Atalanta" doğma meydanda "Cenoa"nı darmadağın edib. "İnter" isə "Venetsiya"nı 5 qolla üstələyib.
Beləliklə, "Yuventus"un ardından "Napoli", "Atalanta" və "İnter" də 1/4 finala adlayıb.
İtaliya kuboku, 1/8 final
"Napoli" - "Kalyari" - 1:1 (penaltilər seriyası - 9:8)
Qollar: Lukka, 28 — Esposito, 67
"Atalanta" - "Cenoa" - 4:0
Qollar: Cimsiti, 19, De Run, 54, Paşaliç, 82, Ahanor, 90+1
Qırmızı vərəqə: Fini, 36 ("Cenoa")
"İnter" - "Venetsiya" - 5:1
Qollar: Diuf, 18, Esposito, 20, Tyuram, 34, 51, Bonni, 76 — Saqrado, 66