BAKI, 4 dekabr. TELEQRAF
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-16 tipli qırıcı təyyarənin Kaliforniya ştatında qəzaya uğradığı bildirilir.
Teleqraf xəbər verir ki, bu barədə yerli ABC News telekanalının regional bölməsi məlumat yayıb.
Məlumata görə, hadisə San-Bernardino dairəsi ərazisində, Trona hava limanı yaxınlığında baş verib. İnsident nəticəsində təyyarənin pilotu orta dərəcəli xəsarətlər alıb.
Hazırda hadisənin dəqiq səbəbi açıqlanmayıb. Qəzaya uğrayan təyyarənin ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-16 olduğu ehtimal edilir.