AZ

Ağ Ev: Uitkoff və Kuşnerin Putinlə görüşü məhsuldar olub

BAKI, 4 dekabr. TELEQRAF

Ağ Ev ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və prezident Donald Trampın kürəkəni Cared Kuşnerin Rusiya Prezidenti Vladimir Putinlə görüşünü yüksək qiymətləndirib.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" Ağ Ev administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, görüş "ətraflı və məhsuldar" olub:

"ABŞ və Rusiya geniş müzakirələr apardı. Xüsusi nümayəndə Uitkoff və Cənab Kuşner görüş barədə həm prezidentə, həm də Ukrayna tərəfinə məlumat veriblər", – deyə Ağ Evin nümayəndəsi bildirib.

Seçilən
99
teleqraf.com

1Mənbələr