AZ

Maska görə Trampdan sonra prezident bu şəxs olacaq

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“SpaceX” və “Tesla” korporasiyalarının qurucusu, ABŞ-də ləğv edilmiş Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) keçmiş rəhbəri, milyarder İlon Mask sabiq həmkarları ilə söhbətində ABŞ-nin növbəti prezidentinin Ceyms Devid Vens olacağını proqnozlaşdırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Politico” jurnalı məlumat yayıb.

Məlumata görə, Mask bu fikri DOGE-nin əməkdaşları ilə görüş zamanı ifadə edib. O, Amerikanın “böyük on iki illik dövr” ərəfəsində olduğunu qeyd edib. Mask bu müddətə Trampın hazırkı dörd illik hakimiyyətini və Vensin mümkün iki prezidentlik müddətini (8 il) daxil edib.

Bildirilib ki, İlon Mask Cey Di Vens ilə yaxşı münasibətlər qurub.

Qeyd edək ki, ABŞ-də növbəti prezident seçkiləri 2028-ci ildə keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
3
qafqazinfo.az

4Mənbələr