Azərbaycan Baş Prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Vaşinqtonda rəsmi səfərdədir.
ABŞ-dakı Azərbaycan səfirliyindən verilən məlumata görə, səfər çərçivəsində Baş Prokurorluq, FTB, Ədliyyə Nazirliyi və ABŞ Dövlət Departamentinin yüksək vəzifəli nümayəndələri ilə görüşlər keçirilib.
Məlumatda qeyd olunur ki, "Qarşılıqlı maraq doğuran müxtəlif mövzular müzakirə edilib və Bakı ilə Vaşinqton arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib".