AZ

Xaçmazda “Şanlı Zəfər Tariximiz” adlı anım tədbiri keçirilib

Xaçmazda

Xaçmaz rayon Heydər Əliyev Mərkəzində “Şanlı Zəfər Tariximiz” adlı tədbir keçirilib. XaçmazdaTədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Xaçmaz Rayon İcra Hakimiyyəti, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin dəstəyi və "Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.Ulusum.az xəbər verir ki, tədbirdə rayon ictimaiyyəti, şəhid ailələri, qazilər və gənclər iştirak ediblər. Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və "Şəhid Analarına Dəstək" İB-nin təşəbbüsü ilə “BAYFİLM” MMC tərəfindən istehsal olunan “Missiya” adlı qısametrajlı bədii film nümayiş olunub.44 gün davam edən və torpaqlarımızın azadlığı ilə nəticələnən Vətən müharibəsi xalqımızın tarixinə şanlı zəfər səhifəsi kimi yazılıb. Bu Qələbə Azərbaycanın dövlətçiliyi, milli ruhu və gələcəyi baxımından əvəzolunmaz əhəmiyyətə malikdir. Torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi hər zaman qəlbimizdə yaşayacaq. Bayrağımız daim azad torpaqlarımızda ucalacaq.Ulusum.az / R.Daşdəmirova

Diqqət Çəkənlər

Metronun “8 Noyabr” stansiyası yaxınlığında zəncirvari qəza baş verib VİDEO

Aç olduğumuzda niyə daha əsəbi oluruq?

Xaçmazda “Şanlı Zəfər Tariximiz” adlı anım tədbiri keçirilib

Seçilən
143
ulusum.az

1Mənbələr