AZ

Tramp “Amerikanın Səsi”nin xarici ofislərini bağlayır

ABŞ administrasiyası “Amerikanın Səsi” (Voice of America) radiostansiyasına aid bir sıra xarici ofislərin bağlanmasına qərar verib.

NOCOMMENT.az xəbər verir ki, sənədə görə, ümumilikdə 6 xarici büro və Cakarta, İslamabad, Nayrobi və Praqadakı 4 marketinq ofisi fəaliyyətini dayandıracaq. Həmçinin radiostansiyanın Almaniya, Tayland, Botsvana və Cibutidəki yayımı da tamamilə dayandırılacaq.

Xatırladaq ki, bu ilin aprelində ABŞ məhkəməsi Tramp administrasiyasına ABŞ Qlobal Medianın Agentliyinin (USAGM) fəaliyyətini bərpa etməyi və agentlikdən işdən çıxarılan bütün əməkdaşların yenidən işə götürülməsini tapşırmışdı. Lakin avqust ayında USAGM-in icraçı direktoru Keri Leyk qurumdan 532 əməkdaşın vəzifədən azad edildiyini açıqladı.

Bu addımlar ABŞ-ın xarici media siyasətində ciddi dəyişikliklər kimi qiymətləndirilir.

Seçilən
123
nocomment.az

1Mənbələr